










Hüquqinfo.az bildirir ki,
Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində ("E-Agro") çıxarışlaşma 75 %-i ötüb.
"Hüquqinfo.az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, fermerlərin sənədləşmə ilə bağlı problemləri hər zaman naziriliyin gündəmindədir: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hazırda çıxarışlaşma prosesi həyata keçirilir. Bununla fermer bizə müraciət edərkən heç bir sənəd təqdim etdir. Yəni fermer şəxsiyyət vəsiqəsindəki FİN-i ilə sistemə daxil olur və əkdiyi məhsulları bıyan edir. Çünki bizi maraqlandıran əsas məsələ budur. Bu prosesə başladığımız zaman çıxarışlaşma 25 %-i belə ötmürdü". Bu göstərici bu gün 75 %-i keçib. Bu, 4-5 il ərzində əldə etdiyimiz uğurdur və hazırda hədəfimiz bunu 100 %-ə çatdırmaqdır".










