
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az"un Prezidentin izi ilə Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçik deyib.
Onun sözlərinə görə, regionun ən böyük otellərindən biri olan "Meysari Grand Hotel & SPA" kompleksi 500 nəfəri qəbul etmək gücündədir:
"Bölgənin ən böyük otellərdən biri hesab olunan bu kompleksin əsas binasında 88, ərazidəki 20 kottecdə isə 116 olmaqla ümumilikdə 204 otaq var. Əsas binada üç restoran, üç hovuz, fitnes zalları, türk hamamı fəaliyyət göstərir. Kompleks ən müasir SPA avadanlıqları ilə təchiz olunub. 420 nəfər üçün nəzərdə tutulan Nəsimi Konfrans Mərkəzində isə müxtəlif tədbirlərin keçirilməsi üçün hər bir şərait yaradılıb. Eyni zamanda, qonaqların rahatlığı üçün həm qapalı, həm də açıq avtodayanacaq zonaları qurulub".
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər.










