










Hüquqinfo.az bildirir ki,
Slovakiya Azərbaycanın pilotsuz uçuş aparatları (PUA) sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır.
Bu barədə "Hüquqinfo.az"a müsahibəsində Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak bildirib.
"Azərbaycan PUA sahəsindəki inkişaf etmiş texnologiyaları ilə yaxşı tanınır. Biz bu sahədə əməkdaşlıqda çox maraqlıyıq. Biz sizin təcrübənizdən də yararlanmaq istəyirik", - Kalinyak deyib.










