










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Liviyanın paytaxtı Tripolidə bir qrup silahlı şəxs ölkənin Hesablama Palatasının qərargahına daxil olub. Məlumata görə, maskalı şəxslər qurumun rəhbərliyinin dəyişdirilməsinə və Ənvər əl-Hauşun Hesablama Palatası sədrinin müavini vəzifəsinin icrasına başlamasına nail olmağa çalışıblar.
Qeyd olunub ki, bu vəzifənin icrası Ali Dövlət Şurasının sədri Məhəmməd Takala tərəfindən həval edilib. Lakin qərar həm Ali Dövlət Şurasında, həm də ölkənin şərqində fəaliyyət göstərən Nümayəndələr Palatasında etirazla qarşılanıb. Hüquqinfo.az-ın məlumatına görə, basqında iştirak edən silahlılar Milli Birlik Hökumətinə tabe olan 444-cü briqadanın üzvləridir.
BMT-nin Liviyaya Dəstək Missiyası hadisəni pisləyərək mübahisəli təyinatın zor tətbiq etməklə həyata keçirilməsi cəhdini qəbuledilməz adlandırıb. Missiya silahlı müdaxilənin dərhal dayandırılmasını və kadr təyinatları ilə bağlı mübahisələrin yalnız qanuni mexanizmlər vasitəsilə həllini tələb edib.









