










Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və vəkili Alina Habba türkiyəli iş adamı Turhan Mildon ilə ailə həyatı qurur.
“Hüquqinfo.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu həftəsonu Nyu-Yorkda baş tutacağı gözlənilən toy mərasimində Trampın da iştirak edə biləcəyi bildirilir.
42 yaşlı Habba 2021-2024-cü illərdə Trampın vəkili olub. ABŞ liderinin ikinci prezidentlik dövründə həm də onun müşaviri kimi fəaliyyət göstərən Habba daha sonra Nyu-Cersinin müvəqqəti federal baş prokuroru vəzifəsinə təyin olunduğu üçün müşavir vəzifəsindən istefa verib.
29 yaşlı Turhan Mildon isə ailə şirkəti olan “Miller Holding”in baş icraçı direktorudur. O həmçinin Türkiyənin “Çorum” futbol klubunun vitse-prezidenti vəzifəsini tutur.










