










Hüquqinfo.az bildirir ki,
Futbol üzrə Azərbaycan ikinci liqasında keçirilən “Şəmkir” – “Kür-Araz” (3:3) oyunu biabırçılıqla yadda qalıb.
“Hüquqinfo.az” xəbər verir ki, əvvəlcə qarşılaşmanın baş hakimi Samir Musayev verdiyi qərarla diqqət çəkib.
58-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Fəyyaz Mehdizadə rəqib oyunçu Əli Bayramova qarşı açıq-aşkar kobud oynasa da, referi matçı davam etdirib.
Cəmi 2 dəqiqə sonra isə F.Mehdizadə topu rəqib oyunçuya komanda yoldaşı imiş kimi ötürüb və nəticədə qapısında qol görüb.










