Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Balaxanı neftçilərinin hər gün yaşatdığı “Anım Günü”--:--
News
"Kredit Evi"nin səhmdarlarının yığıncağının vaxtı dəyiş...--:--
News
Hərbi qulluqçuların əməkhaqı və pensiya təminatı mexani...--:--
News
Ukrayna təyyarəsi Rusiya PUA-sını belə vurdu – Video--:--
News
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı növbəti dəf...--:--
News
Balaxanı neftçilərinin hər gün yaşatdığı “Anım Günü”--:--
News
"Kredit Evi"nin səhmdarlarının yığıncağının vaxtı dəyiş...--:--
News
Hərbi qulluqçuların əməkhaqı və pensiya təminatı mexani...--:--
News
Ukrayna təyyarəsi Rusiya PUA-sını belə vurdu – Video--:--
News
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı növbəti dəf...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

İqtisadiyyat naziri: Azərbaycanın əsas hədəfi nəqliyyat dəhlizlərini iqtisadi dəhlizlərə çevirməkdir

Bugün, 10:45
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın əsas hədəfi nəqliyyat dəhlizlərini iqtisadi dəhlizlərə çevirmək və özəl sektorun aparıcı rol oynadığı şaxələndirilmiş, ixracyönümlü iqtisadiyyat formalaşdırmaqdır.

“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, 2021–2025-ci illərdə Azərbaycanda qeyri-neft-qaz sektorunda real artım orta hesabla illik 6% təşkil edib, qeyri-neft sənayesi 50% böyüyüb, qeyri-neft-qaz ixracı isə təxminən iki dəfə artıb.

Mikayıl Cabbarovun sözlərinə görə, 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının ÜDM-də payı 71% təşkil edib və 2030-cu ilədək bu göstəricinin 82%-ə çatdırılması hədəflənir.

İqtisadiyyat naziri bildirib ki, müasir iqtisadi dəhlizlər mal və xidmətlər, enerji, məlumat, kapital və insanlar olmaqla beş əsas axını əhatə etməlidir. Məqsəd yalnız xammalın tranzitini təmin etmək deyil, onun Azərbaycanda emal edilərək Türkiyə və Avropa bazarlarına çıxarılmasıdır.

Mikayıl Cabbarov əlavə edib ki, ixracın stimullaşdırılması üçün yeni dəstək mexanizmləri çərçivəsində müəyyən edilmiş limitlər daxilində uyğun qeyri-neft ixrac mallarının nəqliyyat xərclərinin 70%-dək hissəsi kompensasiya edilir.

Mikayıl Cabbarov həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” dəhlizinin inkişaf etdirildiyini, Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizinin bərpa olunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasına hesablandığını bildirib.

Rəqəmsal bağlantılar istiqamətində isə Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Transxəzər fiber-optik kabeli Avropa ilə Asiya arasında yeni yüksəkötürücülü rəqəmsal bağlantının yaradılmasını nəzərdə tutur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Qohumluq əlaqəsi olanlar da dövlət qulluğuna qəbul ediləcək

News thumbnail
siyaset

Onlar dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

News thumbnail
siyaset

Tramp Szinpinə bunu hədiyyə etdi

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Onlar dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Bugün, 11:30
News thumbnail
Bugün
dunya

“Azərbaycan bu göstəricilər üzrə digərlərindən daha sürətlə irəliləyir”

Bugün, 11:30
News thumbnail
Bugün
iqtisadiyyat

Gürcüstanın strateji valyuta ehtiyatları 8 milyard dolları keçib

Bugün, 11:26
News thumbnail
Bugün
dunya

İqtisadi potensialımız beynəlxalq tərəfdaşlara təqdim olundu

Bugün, 11:26

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

İçkili halda su kanalına düşən kişi öldü

Bugün, 11:25
News thumbnail
Bugün
siyaset

Tramp Szinpinə bunu hədiyyə etdi

Bugün, 11:25
News thumbnail
Bugün
iqtisadiyyat

Arzu Nağıyev: Hərbçilərin əməkhaqqı və pensiya sistemi beynəlxalq standartlara uyğunlaşdırılır

Bugün, 11:24
News thumbnail
Bugün
iqtisadiyyat

Nauriel Roubini: "ABŞ Azərbaycanla birlikdə qlobal iqtisadi artımın hərəkətverici qüvvəsi olacaq"

Bugün, 11:22
News thumbnail
Bugün
siyaset

Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir

Bugün, 11:20
News thumbnail
Bugün
siyaset

İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Bugün, 11:19
siyaset

Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir

News thumbnail
siyaset

İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib