Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Peskov: Kreml Ukrayna üzrə üçtərəfli danışıqların bərpa...--:--
News
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlər...--:--
News
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir...--:--
News
Yeni silahlar gətirəcəyik, dünya heyrətlənəcək - SEPAH--:--
News
Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan k...--:--
News
Peskov: Kreml Ukrayna üzrə üçtərəfli danışıqların bərpa...--:--
News
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlər...--:--
News
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir...--:--
News
Yeni silahlar gətirəcəyik, dünya heyrətlənəcək - SEPAH--:--
News
Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan k...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

“Baku ID 2026” innovasiya festivalı başa çatıb

Bugün, 12:25
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Sentyabrın 17-18-də SABAH.city innovasiya şəhərciyində keçirilən regionun aparıcı innovasiya festivalı “Baku ID 2026” başa çatıb.

“Hüquqinfo.az” xəbər verir ki, ikigünlük proqramın yerli və beynəlxalq spikerləri sırasında Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin rəhbəri, səfir Balázs Hendrich, Zanzibar İnqilabi Hökumətinin Təhsil və Peşə Təlimi Nazirliyinin baş katibi Khamis Said Abdalla, MEVP vençur fondunun həmtəsisçisi və baş icraçı direktoru Walid Mansour, “Founder One”ın həmtəsisçisi və tərəfdaşı Sina Afra, “Astana Hub”ın idarəedici direktoru Tanat Uskembayev və “Ukraine Phoenix Tech Fund”ın idarəedici tərəfdaşı və həmtəsisçisi Dominique Piotet yer alıblar.

Yerli ekosistemi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin innovasiya ekosisteminin inkişafı departamentinin rəhbəri Taleh Kərimli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəhbəri Teymur Əliyev və digər spikerlər təmsil ediblər.

“Baku ID 2026” həmçinin beynəlxalq startap yarışması “Startup World Cup”ın Azərbaycan Regional Finalına ev sahibliyi edib. “Pegasus Tech Ventures” tərəfindən yaradılan qlobal yarışın regional finalı Türk Hava Yollarının rəsmi səyahət tərəfdaşlığı ilə SABAH.angels tərəfindən təşkil olunub.

20 ölkədən ümumilikdə 160 müraciətin daxil olduğu yarışın seçim prosesi beynəlxalq münsiflər heyəti tərəfindən aparılıb. Finalda 10 startap öz layihələrini investor və ekspertlər qarşısında təqdim edib. Qazaxıstanlı təsisçilərin yaratdığı “4sell.ai” startapı yarışın qalibi olub və noyabrın 6-da San-Fransiskoda keçiriləcək “Startup World Cup Grand Finale”da iştirak etmək hüququ qazanıb. Bu nəticə “Baku ID”nin region ölkələrinin innovasiya ekosistemləri arasında körpü yaradan platforma rolunu bir daha nümayiş etdirib.

Festivalın ikinci günündə keçirilən “NEXUS Awards” mərasimi tədbirin kulminasiya nöqtəsi olub. Regionun perspektivli startaplarını, investorlarını və innovasiya ekosisteminin digər iştirakçılarını önə çıxaran mükafat çərçivəsində bu il 15 kateqoriya üzrə 80 startap mübarizə aparıb, açıq səsvermədə isə 100 mindən çox səs toplanıb. Ümumilikdə 12 startap qalib elan olunub.

Qaliblər sırasında “AI Startup of the Year” kateqoriyası üzrə “Forg3t Protocol”, “FinTech Startup of the Year” kateqoriyası üzrə “Ayan Capital” və “Paypercut”, “Health and Wellness Startup of the Year” kateqoriyası üzrə “Wellbees”, “EdTech Startup of the Year” kateqoriyası üzrə “Jusoor Labs”, “Mobility & Logistics Startup of the Year” kateqoriyası üzrə isə “Fuelin” yer alıb. “Middle East Venture Partners” (MEVP) “Venture Capital Fund of the Year” seçilib, Sina Afra isə “Special Recognition Award” ilə təltif olunub.

Tədbir çərçivəsində SABAH.HUB, SABAH.fund və Türkiyənin “AI Startup Factory” platforması arasında əməkdaşlıq memorandumu da imzalanıb. Memorandum startapların inkişafının dəstəklənməsini və investisiya əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

“Startup World Cup”ın Azərbaycan Regional Finalı, “NEXUS Awards”ın nəticələri və imzalanan əməkdaşlıq memorandumu “Baku ID 2026”nın regional startap əlaqələrinin və investisiya əməkdaşlığının inkişafına xidmət edən platforma kimi əhəmiyyətini bir daha göstərib.

Qeyd edək ki, “Baku ID 2026”nın strateji tərəfdaşları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, PAŞA Holding, SOCAR və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir (4SİM). Festivalın əsas tərəfdaşları isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “TIMES” şirkətidir.

Festival haqqında ətraflı məlumatı bakuid.com saytından və “Baku ID”nin rəsmi sosial media hesablarından əldə etmək mümkündür.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

BEMM-in Gənclər Təşkilatının sədri, dövlət qulluqçusu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alan, Beynəlxalq Münasibətlər fakültəsinin IV kurs tələbəsi Ülvi Bəşər

News thumbnail
son xeberler

Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb

News thumbnail
son xeberler

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib - VİDEO

Bugün, 13:22
News thumbnail
Bugün
huquq

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb

Bugün, 13:20
News thumbnail
Bugün
huquq

Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb

Bugün, 13:18
News thumbnail
Bugün
dunya

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

Bugün, 13:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Vahid Rusiya Dumada bu qədər mandat əldə etdi

Bugün, 13:17
News thumbnail
Bugün
idman

"Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir

Bugün, 13:16
News thumbnail
Bugün
cemiyyet

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi

Bugün, 13:12
News thumbnail
Bugün
son xeberler

BEMM-in Gənclər Təşkilatının sədri, dövlət qulluqçusu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alan, Beynəlxalq Münasibətlər fakültəsinin IV kurs tələbəsi Ülvi Bəşər

Bugün, 13:11
News thumbnail
Bugün
dunya

Rezident əlaqələndirici: BMT Qarabağ və Şərqi Zəngəzurda yenidənqurmaya bacardığı qədər töhfə verməyə çalışır - MÜSAHİBƏ

Bugün, 13:11
News thumbnail
Bugün
dunya

Ankaradan sonra Tiflis də qərar verdi: İrana qadağa

Bugün, 13:10

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər

News thumbnail
son xeberler

Monitor AYNA-nın tədbirində aşıb? - Açıqlama

News thumbnail
son xeberler

BİZNESİNİZ ÜÇÜN MÜASİR RƏQƏMSAL HƏLLƏR — YÜKSƏK KEYFİYYƏT VƏ ƏN UCUZ QİYMƏTLƏR!