
Hüquqinfo.az bildirir ki,
Fransa polisi yuxarı sinif şagirdlərinin məktəblərin qarşısında keçirdikləri etiraz aksiyaları zamanı 440 nəfəri saxlayıb.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes "BFMTV"nin efirində bildirib.
Nünyesin sözlərinə görə, saxlanılanların təxminən üçdə ikisi həbs edilib. Saxlanılmaların əksəriyyəti əmlaka zərər vurulması və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarla bağlıdır. Saxlanılanlardan çoxui yetkinlik yaşına çatmayanlardır.
Nünyes həmçinin bildirib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 48 əməkdaşı xəsarət alıb.










