
Hüquqinfo.az bildirir ki,
Avqustun sonlarında Şimali Kiprin Girnə şəhəri sahillərində gəminin batması nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.
Onun sözlərinə görə, sentyabrın 28-də tapılan iki cəsədin kimliyini müəyyənləşdirib.
"İki cəsədin DNT analizi başa çatıb. Onların 5 yaşlı Mehmet Asaf Biçərə və Nihat Pancara məxsus olduğu müəyyən edilib", - baş nazir bildirib.
Üstel həmçinin sentyabrın 29-da axtarış işləri zamanı daha bir cəsədin tapıldığını qeyd edib. Həlak olan şəxsin kimliyini müəyyənləşdirmək üçün DNT ekspertizasına başlanılıb.
Həlak olan şəxsin adının hələlik müəyyən edilməməsinə baxmayaraq, Şimali Kipr mediası gəmi qəzası qurbanlarının sayının 18-ə çatdığını bildirib.










