
Hüquqinfo.az bildirir ki,
Suriyanın Həma vilayətinin Məsyaf şəhərində yerləşən elmi-tədqiqat mərkəzinin ərazisindəki anbarda hərbi sursatların detonasiyası nəticəsində partlayışlar baş verib.
Məlumata görə, sözügedən mərkəz Həma vilayətinin qərbində mühüm hərbi obyekt hesab olunur.
Sentyabrın 21-də Hələbin cənubundakı Əl-Eys bölgəsində yerləşən hərbi bazada da oxşar hadisə baş verib və azı dörd nəfər xəsarət alıb. Sursatların detonasiyasının davam etməsi səbəbindən Dəməşq-Hələb avtomobil yolu bağlanıb, yaxınlıqdakı evlərin sakinləri təxliyə ediliblər.










