
Hüquqinfo.az bildirir ki,
Rusiya NATO ölkələrinə qarşı təxribatlarını artıraraq açıq təcavüz səviyyəsindən aşağı hərəkət edir. Lakin kəskin eskalasiyaya səbəb olacaq səhv istənilən an mümkündür.
Axar.az xəbər verir ki, bunu CNN-in beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş müxbiri Nik Paton yazıb.
O qeyd edir ki, Rusiya Qərb ölkələrinə qarşı təxribatları fəal şəkildə artırır və bu hadisələrin hər biri - Polşa sərhədi yaxınlığında Ukrayna qatarına hücum, Litvada PUA hücumu və ya Danimarka helikopterini vurmaq cəhdi - təsadüfi deyil.
Patonun fikrincə, Moskva NATO ilə münasibətləri iki səbəbdən gərginləşdirməyə çalışır. Birincisi, müttəfiqləri Ukraynaya dəstəyini azaltmağa məcbur etmək, ikincisi isə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsini sınaqdan keçirməkdir.
"İndi baş verənlər bir neçə ay əvvəl NATO-nun 4-cü maddəsini işə sala bilərdi. İndi isə bu, demək olar ki, gündəlik bir hadisəyə çevrilir. O əlavə edib ki, Rusiyanın məqsədi Avropanı Ukraynanı dəstəkləməkdən çəkindirmək və “eskalasiya qorxuları ilə oynamaqdır".









