
Hüquqinfo.az bildirir ki,
“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski “Qarabağ”dan ayrılmaq səbəbi haqqında danışıb.
“Hüquqinfo.az” xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib:
“Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklarda iştirak edir, amma mənim üçün bu, bir qədər uzaqdır. Mən karyeramı burada, Avropada qurmağa və onu mümkün qədər yaxşı inkişaf etdirməyə çalışmaq istəyirəm. Hər kəsin arzuladığı kimi, ekzotik liqalarda yox. Düşünürəm ki, hər bir futbolçu TOP-5 liqalarında oynamağı arzulayır”.
Qeyd edək ki, Mateuş Koxalski 20 gün əvvəl “Qarabağ”dan Polşanın “Vyeçista” klubuna keçib.








