
Hüquqinfo.az bildirir ki,
Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Konqres Mərkəzində tüstülənmə baş verib.
“Hüquqinfo.az” Hüquqinfo.az-ə istinadən xəbər verir ki, mərkəzdən bildirilib ki, heç bir yanğın yoxdur, vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün səbəb yoxdur.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub:
“Binada heç bir yanğın hadisəsi qeydə alınmayıb. Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatçılıq üçün heç bir əsas yoxdur”.








