
Hüquqinfo.az bildirir ki,
"Neftçi"nin keçmiş futbolçusu Keysuke Honda 40 yaşında Sinqapur çempionatında debüt edib.
"Hüquqinfo.az"un məlumatına görə, yaponiyalı yarımmüdafiəçi "Albireks Niiqata"nın (Jurong) heyətində "Houqan Yunayted"lə oyunun 82-ci dəqiqəsində meydana çıxıb.
Xatırladaq ki, Yaponiya millisinin sabiq üzvü 2021-ci ildə "Neftçi" ilə Azərbaycan çempionu olub. O, beş qitədə - Avropa, Asiya, Şimali Amerika, Avstraliya və Cənubi Amerikada qol vuran ilk futbolçudur.






